Tramp Fransanı sərhədlərini bağlamağa çağırdı

tramp-fransani-serhedlerini-baglamaga-cagirdi
Oxunma sayı: 1918

ABŞ Prezidenti Donald Tramp ölkəni bürüyən kütləvi iğtişaşlar fonunda Fransa hökumətini sərhədləri bağlamağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

Tramp bildirib:

“Fransa od içindədir! Tamamilə fərqli dünyadan gələn, qəlbində nifrət daşıyan insanların miqrasiyası bir vaxtlar böyük olan bu ölkəni məhv etdi. Hələ gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarətə götürün”.