“Trabzonspor” “Beşiktaş”ı məğlub etdi

trabzonspor-besiktasi-meglub-etdi
Oxunma sayı: 1408

Türkiyə Super Liqasının 8-ci turunun təxirə salınmış son matçında “Trabzonspor” öz meydanında “Beşiktaş”ı 2:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, “Bordo-mavili” komandaya qələbə qazandıran qolları 21-ci dəqiqədə Ozan Tufan və 71-ci dəqiqədə Məhəmməd Salah vurub.

Qeyd edək ki, bu nəticədən sonra “Trabzonspor” xallarının sayını 16-ya çatdıraraq dördüncü yerdə qərarlaşıb. “Beşiktaş” isə 15 xalla ondan bir pillə aşağıdadır.