Toylarını Adam apardı

toylarini-adam-apardi
Oxunma sayı: 500

Məşhur müğənni Teylor Svift və amerikalı futbolçu Trevis Kelsinin Nyu-Yorkda keçirilən toy mərasimi ilə bağlı yeni məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Məlumata görə, nikah mərasimini cütlüyün dostu, aktyor Adam Sendler aparıb. Toydan fotolar isə ictimaiyyətə təqdim edilməyib.

Bildirilib ki, toyda Cici Hadid, Dakota Conson, Zoi Kravits, Hyu Qrant və digər tanınmış simalar iştirak ediblər.

Qeyd edək ki, Teylor Svift və Trevis Kelsi ötən ilin avqustunda nişanlandıqlarını açıqlamışdılar.