“TikTok”da söyüş söyən şəxs həbs edildi - Foto

tiktokda-soyus-soyen-sexs-hebs-edildi
Oxunma sayı: 842

“TikTok”da cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə sosial şəbəkədə canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqiramiz ifadələr səsləndirib.

Saxlanılan şəxs müvafiq qərarla inzibati qaydada həbs edilib.