Son hücumlarda mülki şəxslər yaralandı

son-hucumlarda-mulki-sexsler-yaralandi
Oxunma sayı: 289

ABŞ-nin İrana son hücumları nəticəsində 2 mülki şəxs yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.

Bildirilib ki, hadisə İranın Hörmüzqan əyalətinin Karqan şəhərində qeydə alınıb.

Yaralanan şəxslərin hər ikisi qəlpə xəsarətləri alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra müalicə üçün Minab şəhərindəki xəstəxanaya köçürülüblər.