Bakı-Gəncə avtomobil yolunda sərnişin daşıyan avtobus qəza edib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə magistral avtomobil yolunun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hundai” markalı avtomobil “Range Rover” markalı maşına arxadan çırpılıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, 1989-cu il təvəllüdlü Əli Süleymanov, 2024-cü il təvəllüdlü Əsgər Süleymanov, və 2019-cu il təvəllüdlü Mələk Süleymanova və 1996-cı il təvəllüdlü Ruhanə Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Qəzanın təfərrüatları dəqiqləşdirilir.
***
Qəzada xəsarət alanların sayı artıb.
Alim Məmmədov (2006), Elnurə Həsənova ( 1996), Samirə Məmmədova (1995), Asəf Mehdiyev ( 2000).
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Gəncədə baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (2 qadın, 4 kişi) 15.06.2026-cı il tarixində saat 18:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına və Akademik Z. Məmmədov adına tibb müəssisələrinin Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.
Məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 5 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər