SEPAH və CENTCOM arasında rabitə kanalı açılıb

sepah-ve-centcom-arasinda-rabite-kanali-acilib
Oxunma sayı: 408

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) arasında böhran vəziyyətlərinin tənzimlənməsi üzrə rabitə kanalı açıqdır və artıq istifadə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Wall Street Journal” nəşri Ağ Evin adı açıqlanmayan nümayəndəsinə istinadən çıxış edib. 

“Gərginliyi azaltmaq məqsədilə ABŞ SEPAH ilə CENTCOM arasında böhran vəziyyətləri üzrə rabitə kanalının yaradılması istiqamətində addımlar atıb... Ağ Evin nümayəndəsi münaqişələrin aradan qaldırılması üzrə kanalın açıldığını və hər iki tərəfin ondan istifadə etdiyini açıqlayıb”, - nəşr yazıb. 

Qeyd edək ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai İsveçrədəki danışıqların nəticələrinə əsasən Tehran və Vaşinqton arasında siyasi rabitə kanalının yaradıldığını, lakin iki ölkənin hərbçiləri arasında rabitə kanalının mövcud olmadığını bildirib.