Gecə saatlarında Daşkəsən rayonuna gələn güclü sel ciddi fəsadlara yol açıb.
“Qafqazinfo”nun xəbərinə görə, sel rayonun Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvanı tələf edib.
Bundan başqa, sözügedən kəndin, həmçinin bir sıra kəndlərin yollarında ciddi problemlər yaşanır.
Məlumat üçün bildirək ki, ötən gecə Gəncə və ətraf rayonlara yağış yağıb, sel gəlib.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər