Sabah DÇ-2026-da daha 4 oyun baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə C qrupunda Braziliya nominal meydan sahibi olaraq Mərakeşi qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.
C qrupunun digər görüşündə isə Haiti ilə Şotlandiya yığmaları üz-üzə gələcək. Görüş saat 05:00-da start götürəcək.
D qrupunda isə səhər saat 08:00-da Avstraliya Türkiyəni sınağa çəkəcək. Saat 21:00-da isə Almaniya və Kürasao kollektivləri münasibətlərinə aydınlıq gətirəcəklər.
Son xəbərlər
Son Xəbərlər