Bakıda binadan yıxılan kişi öldü

bakida-binadan-yixilan-kisi-oldu
Oxunma sayı: 1276

Bakıda binadan yıxılan şəxs vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 12-si saat 03 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.

1988-ci il təvəllüdlü Qurban Gündüz oğlu Abbasov yaşadığı H.Quliyev küçəsindəki binanın eyvanından yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.