“Qızıl top” uğrunda böyük mübarizə - İlk “20-lik” açıqlandı

qizil-top-ugrunda-boyuk-mubarize
Oxunma sayı: 402

“GOAL” nəşri 2026-cı il “Qızıl top” mükafatı uğrunda əsas namizədlərin reytinqini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıya Almaniyanın “Bavariya” klubunun və İngiltərə millisinin hücumçusu Harri Keyn başçılıq edir.

Mövsüm ərzində 73 qol və 8 məhsuldar ötürmə ilə yadda qalan Keyn Bundesliqa, Almaniya Kuboku və Almaniya Superkubokunun qalibi olub. Dünya Çempionatındakı uğurlu çıxışı da onun lider mövqeyini möhkəmləndirib.

İkinci pillədə “Bavariya”nın və Fransa millisinin futbolçusu Maykl Olise qərarlaşıb. O, mövsümü 26 qol və 39 məhsuldar ötürmə ilə başa vurub. İlk üçlüyü isə 55 qol və 12 məhsuldar ötürmə müəllifi olan Madrid “Real”ının hücumçusu Kilian Mbappe tamamlayır.

Siyahının dördüncü sırasında “Paris Sen-Jermen”in ulduzu Usman Dembele yer alıb. O, cari mövsümdə 23 qol vurub və 14 məhsuldar ötürmə edib. Beşinci yerdə isə 44 qol və 27 məhsuldar ötürmə ilə “İnter Mayami”nin kapitanı Lionel Messi qərarlaşıb.

Altıncı pillədə “Mançester Siti”nin norveçli bombardiri Erlinq Haaland yer alıb. O, mövsüm ərzində 58 qol vurub və 11 məhsuldar ötürmə edib. “Barselona”nın gənc ulduzu Lamin Yamal 26 qol və 20 məhsuldar ötürmə ilə yeddinci olub.

Səkkizinci sırada “Paris Sen-Jermen”in gürcü futbolçusu Xviça Kvaratsxeliya qərarlaşıb. “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays doqquzuncu, “Bavariya”nın kolumbiyalı hücumçusu Luis Dias isə onuncu pillədə yer alıb.

İlk iyirmilikdə həmçinin Əşrəf Hakimi, Vitinya, Vinisius Junior, Mikel Oyarzabal, Qabriel Maqalyaes, Lautaro Martines, Bruno Fernandeş, Bukayo Saka, Cud Bellinqem və İsmail Saibari də yer alıblar.

2026-cı ilin “Qızıl top” reytinqinin ilk iyirmiliyi belədir:

1. Harri Keyn (“Bavariya”),

2. Maykl Olise (“Bavariya”),

3. Kilian Mbappe (“Real Madrid”),

4. Usman Dembele (“Paris Sen-Jermen”),

5. Lionel Messi (“İnter Mayami”),

6. Erlinq Haaland (“Mançester Siti”),

7. Lamin Yamal (“Barselona”),

8. Xviça Kvaratsxeliya (“Paris Sen-Jermen”),

9. Deklan Rays (“Arsenal”),

10. Luis Dias (“Bavariya”),

11. Əşrəf Hakimi (“Paris Sen-Jermen”),

12. Vitinya (“Paris Sen-Jermen”),

13. Vinisius Junior (“Real Madrid”),

14. Mikel Oyarzabal (“Real Sosyedad”),

15. Qabriel Maqalyaes (“Arsenal”),

16. Lautaro Martines (“İnter”),

17. Bruno Fernandeş (“Mançester Yunayted”),

18. Bukayo Saka (“Arsenal”),

19. Cud Bellinqem (“Real Madrid”),

20. İsmail Saibari (“Bavariya”).

Qeyd edək ki, “Qızıl top” mükafatının qalibi oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə açıqlanacaq. Bildirilir ki, DÇ-nin son mərhələləri mükafatın taleyini həlledici şəkildə dəyişə bilər.