Qızı “Ələkbər əmi”ni belə yad etdi - Video

qizi-elekber-emini-bele-yad-etdi
Oxunma sayı: 1594

Bir vaxtlar “Ələkbər əmi” kimi tanınan mərhum Əməkdar artist Ələkbər Hüseynov doğum günündə yaxınları tərəfindən anılıb.

“Qafqazinfo” xəbər verir ki, aktyorun qızı Nərgiz onunla bağlı paylaşım edib.

O, atasının arxiv videosunu yayımlayaraq “65 yaşın mübarək, ata. Qoy, hər kəs hər zaman səni belə xatırlasın”, - sözlərini yazıb.

Qeyd edək ki, Ə.Hüseynov 2007-ci ildə 46 yaşında xəstəlik səbəbindən vəfat edib.