Tarixi səfəri yox, eynəyi müzakirə yaratdı - Video

tarixi-seferi-yox-eyneyi-muzakire-yaratdi
Oxunma sayı: 1509

Fransa Prezidenti Emmanuel Makron 17 ildən sonra Suriyaya səfər edən ilk Fransa lideri kimi Dəməşqdə rəsmi görüşlər keçirib. Lakin səfərin siyasi gündəmindən daha çox, onun görüşlər boyunca günəş eynəyi taxması beynəlxalq mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Makron Dəməşqdə Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb, tarixi Əməvi məscidini ziyarət edib və onun şərəfinə təşkil olunan rəsmi şam yeməyində iştirak edib.

Diqqətçəkən məqam isə Fransa liderinin həm açıq, həm də qapalı məkanlarda günəş eynəyini çıxarmaması olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Suriya Prezidentinin söhbət zamanı emosional jestlərlə danışdığı, Makronun isə eynəyini çıxarmadan sakit şəkildə dinlədiyi görünür. Bu görüntülər müxtəlif şərhlərə səbəb olub.

Fransa mediasının yazdığına görə, Makronun günəş eynəyi taxması sağlamlıqla əlaqəli ola bilər. Bildirilir ki, o, daha əvvəl də subkonyunktival qanaxma (gözün ağ hissəsində damarların partlaması nəticəsində yaranan qızartı) səbəbindən rəsmi tədbirlərdə xüsusi eynəklə görüntülənib.

Xatırladaq ki, Makron daha əvvəl də Davosda keçirilən Dünya İqtisadi Forumunda oxşar səbəbdən rəngli qoruyucu eynəklə ictimaiyyət qarşısına çıxmışdı.