Qusarın Samur qəsəbəsində (SDK yolu adlanan ərazi) ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” “Shimal.News”a istinadən xəbər verir ki, Samur-Dəvəçi kanalının yaxınlığında “DAF” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.
Nəticədə 28 yaşlı sürücü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Yük avtomobilində daşınan badımcanlar qəza zamanı kanalın kənarına və suya səpələnib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər