Xerson qaranlığa qərq oldu

xerson-qaranliga-qerq-oldu
Oxunma sayı: 195

Xerson vilayətinin bütün rayonları tamamilə və ya qismən elektrik enerjisiz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda region rəhbəri Vladimir Saldo özünün teleqram kanalında bildirib.

Rəsmi şəxsin sözlərinə görə, enerji mühəndisləri və təcili yardım briqadaları artıq işə başlayıb və evlərə elektrik enerjisi təchizatını bərpa etməyə çalışır.

Qeyd edək ki, iyulun 7-nə keçən gecə Zaporojye bölgəsindəki enerji infrastrukturuna hücum olub və nəticədə elektrik kəsintisi baş verib.