Daha bir qrup ukraynalı uşaq Bakıya gətirildi

daha-bir-qrup-ukraynali-usaq-bakiya-getirildi
Oxunma sayı: 344

Daha bir qrup ukraynalı uşaq reabilitasiya proqramı çərçivəsində Bakıya gətirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Ukraynalı 30 nəfərlik yeni uşaq qrupu Azərbaycanın təqdim etdiyi və xərcləri tamamilə qarşılanan reabilitasiya proqramı çərçivəsində bu gün Bakıya gəlib. Onlar növbəti iki həftəni Azərbaycanda keçirəcəklər. İndiyədək 662 ukraynalı uşaq bu proqramdan yararlanıb. Azərbaycana xoş gəlmisiniz”, - deyə o qeyd edib.