Fransa Prezidenti Emmanuel Makron Dəməşqə gedib.
“Qafqazinfo” Fransanın AFP xəbər agentliyinə istinadən xəbər verir ki, bu, Bəşər Əsəd rejiminin devrilməsindən bəri Qərb liderinin Dəməşqə ilk səfəridir.
Məlumatlara görə, Fransa Makronun Dəməşqə eniş etməzdən əvvəl səfəri barədə mediaya məlumat vermək istəməyib.
Suriya Ərəb Xəbər Agentliyinin (SANA) məlumatına görə, Makron Dəməşq Beynəlxalq Hava Limanında Suriyanın xarici işlər naziri Əsəd Şeybani tərəfindən qarşılanıb.
Son xəbərlər
Son Xəbərlər