“Qarabağ”ın Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
“Qafqazifo” xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın SSKA (Sofiya) klubu İrlandiya təmsilçisi “Derri Siti”yə səfərdə 2:1 hesabı ilə qalib gələrək Ağdam təmsilçisinə rəqib olub.
Beləliklə, “Qarabağ” İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, Avropa Liqasının 2-ci təsnifat mərhələsində SSKA (Sofiya) ilə üz-üzə gələcək.
“Qarabağ” mərhələ adlasa, ilk oyunu iyulun 23-də Bakıda keçirəcək.
Son xəbərlər
Son Xəbərlər