“Qarabağ” - “Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən - 19 azarkeş saxlanılıb - Yenilənib

qarabag-neftci-oyunu-ile-bagli-insidente-cehd-eden
Oxunma sayı: 3854

“Qarabağ” - “Neftçi” futbol oyunundan əvvəl insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür.

***

Əldə etdiyimiz məlumata görə, bir qrup azarkeş stadion ətrafında fişəng, pirotexniki vasitə və şüşə qablardan istifadə etməklə ictimai asayişi pozub. Həmçinin bir azarkeşin xəsarət alması ilə bağlı məlumatlar var.