Portuqaliyanın baş məşqçisi o oldu

portuqaliyanin-bas-mesqcisi-o-oldu
Oxunma sayı: 479

Portuqaliya milli komandasının yeni baş məşqçisi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının saytında məlumat verilib.

Jorji Jezuş Portuqaliya komandasının yeni baş məşqçisi olub.

O, iyulun 8-də milli komandadan ayrılan Roberto Martinesi əvəz edir.

Qeyd edək ki, Martinesin rəhbərliyi altında Portuqaliya İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq 2026-cı il Dünya Çempionatının 1/8 final mərhələsində mübarizəni dayandırmışdı. İspaniyalı mütəxəssis komandaya 2023-cü ildən rəhbərlik edirdi. Onun çalışdığı dövrdə komanda 2025-ci il Millətlər Liqasının qalibi olub və “Avro-2024”də ¼ finala yüksəlib.