Özləri ilə bağlı xəbəri yalanladı - Yenilənib

ozleri-ile-bagli-xeberi-yalanladi
Oxunma sayı: 2199

Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ və həyat yoldaşı, stil məsləhətçisi Başak Dizerin ikinci övladı olacaq.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 49 yaşlı Dizer hamiləliyinin beşinci ayındadır.

İddialara əsasən, cütlük bu dəfə qız övladı gözləyir. Məlumatda onların bu xəbəri böyük sevinclə qarşıladıqları qeyd olunsa da, K.Tatlıtuğ və B.Dizer hələlik məsələ ilə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, 2016-cı ildə Fransada ailə həyatı quran cütlük 2022-ci ildə oğulları Kurt Efenin dünyaya gəlməsi ilə ilk dəfə valideyn olmuşdu. Şəxsi həyatlarını mediadan uzaq saxlamağa üstünlük verən Kıvançla Başak zaman-zaman ailəvi anlarını sosial media hesablarında izləyiciləri ilə bölüşürlər.

***

Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Başak Dizer hamiləliklə bağlı xəbərin doğru olmadığını bildirib.