Azərbaycan Ermənistana 434 min avro ödəyib

azerbaycan-ermenistana-434-min-avro-odeyib
Oxunma sayı: 226

2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistan hava məkanından uçuşlar üçün “Armaeronaviqasiya” şirkətinə 434.316 avro ödəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, ödənişlər müəyyən edilmiş prosedura uyğun olaraq “Avrokontrol”un (Aviasiya Təhlükəsizliyi üzrə Avropa Təşkilatı - red.) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.