Bu festivalda ya əylənə, ya da ölə bilərsən... - Fotolar

bu-festivalda-ya-eylene-ya-da-ole-bilersen
Oxunma sayı: 71

İspaniyanın Pamplona şəhərində ənənəvi San-Fermin festivalı davam edir. 

“Qafqazinfo” xəbər verir ki, bu il festival 6-14 iyul tarixlərində keçirilir. 

Builki proqrama 516 tədbir daxildir ki, onlardan səkkizi “encierro”dur (buğalarla qaçış - red.). Festivalda ölüm hadisəsi olmasa da, buğalarla qaçış zamanı ağır xəsarətlər alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Təxminən 8 əsrlik tarixə malik fiesta yerli sakinlər və çoxsaylı turistlər tərəfindən maraqla qarşılansa da, heç də hər kəsin ürəyincə olmayıb. Belə ki, tədbir həm də fəalların festival çərçivəsində korridanın keçirilməsinə qarşı aksiyası ilə yadda qalıb.

Qeyd edək ki, rəsmi qeydiyyatın aparılmağa başladığı 1910-cu ildən indiyədək festival zamanı 16 iştirakçı həlak olub. Onların əksəriyyəti qəzəbli öküzlərin buynuzlarından ölümcül yaralar alıb. Sonuncu ölüm hadisəsi 2009-cu ildə qeydə alınıb. Həmin vaxt 27 yaşlı şəxs boynundan aldığı ölümcül zərbə nəticəsində vəfat edib.

Festivaldan maraqlı görüntüləri təqdim edirik: