“Paris tezliklə müsəlman şəhəri olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kanzasda keçiriləcək seçki mitinqinə yola düşməzdən əvvəl Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp ölkədəki hadisələrin əsas səbəbinin miqrasiya siyasəti olduğunu söyləyib.
ABŞ dövlət başçısı Fransa Prezidenti Emmanuel Makrona vaxtilə verdiyi xəbərdarlıqları xatırladıb: “Fransadakı vəziyyət, həqiqətən də, çox acınacaqlıdır. Orada baş verənlərin səbəbi məktəblər və ya başqa şeylər deyil, tamamilə immiqrasiyadır. Makronla ilk görüşümdə ona dedim ki, sərhədlərinizi bağlayın, yoxsa ölkənizi məhv edəcəksiniz. Biz sərhədlərimizi bağladıq, onlar isə yox. İndi ölkələrini çətin vəziyyətə salıblar və Fransanın əvvəlki vəziyyətinə qayıtması son dərəcə çətin olacaq”.
Xatırladaq ki, oktyabrın 17-də tələbələr tərəfindən də dəstəklənən “Sarı jiletlilər” hərəkatı artan yaşayış xərcləri və yanacaq qiymətlərinə etiraz olaraq ölkə miqyasında kütləvi aksiyaya başlayıb. Nümayişlər zamanı etirazçılarla polis arasında şiddətli toqquşmalar baş verib. Rəsmi məlumatlara görə, 2400-ə yaxın şəxs saxlanılıb, 1000-dən çox polis, jandarm və yanğınsöndürən xəsarət alıb. Aksiyalar gedişində 1500-dən çox mağaza talan edilib.
Son xəbərlər
Son Xəbərlər