“Oyunun şərtlərini diktə etmək cəhdləri uğursuzluqla nəticələnəcək”

oyunun-sertlerini-dikte-etmek-cehdleri-ugursuzluqla-neticelenecek
Oxunma sayı: 826

İsrail İran və Livana yeni zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Times of Israel” məlumat yayıb.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir son hücumları şərh edərək “Tehranın oyunun şərtlərini diktə etmək cəhdləri uğursuzluqla nəticələnəcək”, - deyib.

Hərbi zabit əlavə edib ki, İsrailin zərbəsi daha əhəmiyyətli və ciddi hərəkətlərə hazırlıqdır.

O, həmçinin qeyd edib ki, İsrail Livanda dayanmaq niyyətində deyil və “Hizbullah” hədəflərinə zərbələr endirməyə davam edəcək.