“Qafqazinfo” bu dəfə kitab evində istedadlı şair Qulu Ağsəsin “Qiyamət” adlı yeni şeirini təqdim edir:
Qiyamət
Nə var, tələsib sürücü,
Maşın yolu bağlayıb.
Nolar, bir gün də eşidək,
Polis Vaxtı saxlayıb.
Ya da ki Dünya arvadı -
Müdam ağarır dişi.
Baxmaz ona gözucu da
Allah adında kişi.
...Onçun yanvar da od tutub,
Avqust da, may da elə.
Bu bostana bir quş girsə,
Müqəvva pay da verər...
Ayb.az