“Nilay” getsə, serial bitə bilər”

nilay-getse-serial-bite-biler
Oxunma sayı: 1389

Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialının prodüseri Faruk Turqut layihədə “Nilay” obrazını canlandıran Feyza Civelekin serialdan ayrılması ehtimalı ilə bağlı açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, prodüser Fatih Altaylının yutub kanalında yayımlanan “İzzet Çapa ilə Paşa Paşa Muhabbetler” verilişində qonaq olarkən danışıb.

O, Feyza Civelekin anası, serialın ssenaristi Melis Civelekin vasitəsilə verilişin seçmə qərarlarına təsir etməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.

Feyza Civelekin serialdan çıxarılması ehtimalına toxunan Turqut, “Serial hazırda yayımlanmır. Sentyabr ayına qədər 4 aylıq bir müddət var. Bu 4 ayda nələr baş verə bilər? Kanal satılacaqmı? Kanalda yenidən strukturlaşma olacaqmı? İndiki vəziyyətdən danışmağın mənasız olduğunu düşünürəm. Feyza getsə, serial bitə bilər. Bu serialın ssenari müəllifi Melis xanımdır. Allah heç kimi qızı və ya övladı ilə sınaqdan keçirməsin. Melis xanımı çətin vəziyyətə salan bir işin parçası olmayacağam”, - bildirib.

Qeyd edək ki, serialda “Fatih” obrazını canlandıran Doğukan Güngörün narkotik testi analizlərinin müsbət çıxması “Kızılcık Şerbeti”indən çıxarılmasına səbəb olmuşdu. Daha sonra Feyza Civelekin narkotesti müsbət çıxmasına baxmayaraq serialdan ayrılmaması izləyicilər arasında müzakirə mövzusu olub. İzləyicilər bunu aktyorlar arasında ayrıseçkilik kimi qiymətləndirib.