Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb.
Baş vermiş qəza nəticəsində 2022-ci il təvəllüdlü S. Quliyev həyatını itirib, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər