Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır

muharibede-daha-bir-azerbaycanli-helak-oldu
Oxunma sayı: 1416

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal Məmmədov Rusiya tərəfindən döyüşlərdə iştirak edib və o dron hücumu zamanı həlak olub.

Təxminən iki ay öncə Rusiyaya gedən X. Məmmədovla yaxınları sonuncu dəfə ötən ayın 4-ü danışıblar.

Onun ailə üzvləri Rusiyaya getsələr də,  nəşinin harada plmasına dair xəbər ala bilmirlər.

Onların sözlərinə görə, ailəyə Rusiya tərəfindən nəzərdə tutulan vəsait də ödənilməyib.

Yunis Quliyev