Moldova Aİ-dən ən çox pul alan ikinci ölkə oldu

moldova-ai-den-en-cox-pul-alan-ikinci-olke-oldu
Oxunma sayı: 528

Moldova Avropa Sülh Fondundan ən çox maliyyə yardımı alan ikinci ölkə olub.

“Qafqazinfo” “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Aİ-Moldova sammitinin yekunlarına dair Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, indiyə qədər rəsmi Kişinueya 197 milyon avro ayrılıb və bu dəstək 2026-cı ildə də davam edəcək.

Görüşdə iştirak edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Moldovanın yerinin Avropa İttifaqı olduğunu vurğulayıb:

“Avropa bu ölkəni apardığı islahatlara, açılan yeni imkanlara və sülh, azadlıq, demokratiya, eləcə də rifaha əsaslanan ortaq gələcəyimizə görə dəstəkləyir”.

Bildirilib ki, uğurlu islahatlar sayəsində Moldova İqtisadi Artım Planı çərçivəsində artıq Aİ-dən təxminən 504 milyon avro maliyyə dəstəyi alıb. Sammitdə həmçinin Porumbrey-Komrat avtomobil yolunun yenidən qurulması üçün daha 232,7 milyon avro məbləğində yeni investisiyanın ayrılacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, iyunun 15-də Lüksemburqda keçirilən ilk hökumətlərarası konfransın yekununda Avropa İttifaqı Moldova ilə ittifaqa qəbulla bağlı rəsmi danışıqlara start verildiyini bəyan edib.