RSFSR-in Xalq artisti Yuri Kayurov 99 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS agentliyinə aktyora yaxın bir mənbə məlumat verib.
Məlumata görə, o, noyabrın 10-da Troyekurovskoye qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Kayurov kino debütünü 1961-ci ildə, “Əsrin əvvəlində” bədii filmində Vladimir Lenini canlandırmaqla edib. Bu uğurlu debütdən sonra o, daha bir yarım əsr ərzində Lenin obrazını yaratmağa davam edib. Ümumilikdə o, Lenini 18 dəfə canlandırıb.
Son xəbərlər
Son Xəbərlər