BMU kollektivi Zəfər parkını ziyarət etdi - Fotolar

bmu-kollektivi-zefer-parkini-ziyaret-etdi
Oxunma sayı: 284

Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə Bakıdakı Zəfər parkında olublar.

“Qafqazinfo” xəbər verir ki, universitetin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib.