Paytaxtımızda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq, noyabrın 6-da 4x100 metrlik yanğın estafeti növü üzrə yarışlar keçirilib.
“Qafqazinfo” xəbər verir ki,yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib.
Kişilər arasında 4x100 metrlik yanğın estafeti növündə komandalar arasında I yeri Belarus Respublikası, II yeri Çin Xalq Respublikası, III yeri isə Rusiya Federasiyasının komandası tutub.
Qadınlar arasında I yerə Rusiya Federasiyası, II yerə Özbəkistan Respublikası, III yerə isə Belarus Respublikasının komandası layiq görülüb.
Qalib və mükafatçılara medalları Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının baş katibi Andrey Kulik təqdim edib.
Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.






Son xəbərlər
Son Xəbərlər