Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
“Qafqazinfo”nun məlumatına görə, Prezidentlə kişi sakin arasında maraqlı dialoq yaranıb.
Prezident İlham Əliyev: Nə işlə məşğul idiniz o vaxt?
Kişi sakin: Şofer işləyirdim.
Prezident İlham Əliyev: Kolxoz var idi?
Kişi sakin: Bəli, kolxoz var idi.
Prezident İlham Əliyev: Bəs işğal dövründə harada?
Kişi sakin: İşğal dövründə Sumqayıtda yaşayırdım.
Prezident İlham Əliyev: Sumqayıtda. İndi burada nə ilə məşğul olacaqsınız? Pensiya?
Kişi sakin: Pensiya.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Son xəbərlər
Son Xəbərlər