Messi İordaniya ilə matça çıxacaq?

messi-iordaniya-ile-matca-cixacaq
Oxunma sayı: 922

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsinin üçüncü turunda İordaniyaya qarşı keçiriləcək matçda əsas heyəti meydana buraxmağı planlaşdırmır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış insayder Qaston Edula “X” hesabında məlumat yayıb.

Məlumata görə, Argentina yığmasının hücumçusu və kapitanı Lionel Messi oyunda iştirak edəcək, lakin o, meydanda çox qalmayacaq. Ulduz futbolçunun oyuna ilk dəqiqələrdən başlayacağı, yoxsa ikinci hissədə ehtiyata daxil olacağı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, Argentina-İordaniya qarşılaşması iyunun 28-də baş tutacaq.

Xatırladaq ki, iyunun 22-də Argentina millisi qrup mərhələsinin ikinci turunda Avstriyanı 2:0 hesabı ilə məğlub edib. ABŞ-nin “AT&T” stadionunda keçirilən görüşdə hər iki qola Messi imza atıb. Bununla da dünya çempionatlarında vurduğu qolların sayını 18-ə çatdıran 39 yaşlı hücumçu bu göstəricidə dünya birincisidir.