Merve ana olacaq

merve-ana-olacaq
Oxunma sayı: 117

Türkiyəli aktrisa Merve Dizdar ilk dəfə ana olmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat paylaşıb.

O bildirib ki, aktrisa üç aylıq hamilədir və onun oğlu olacaq.

Qeyd edək ki, Merve Dizdar 2024-cü ildə biznesin inkişafı üzrə menecer Cihan Aygerlə ailə həyatı qurub.

Sənətçi daha əvvəl “Kral Kaybederse”, “Kırgın Çiçekler”, “Mucize Doktor” kimi məşhur seriallarda rol alıb.