Kvaratsxeliyanın dizindəki ön çarpaz bağları qopub

kvaratsxeliyanin-dizindeki-on-carpaz-baglari-qopub
Oxunma sayı: 1509

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyanın sağ dizindəki ön çarpaz bağları qopub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Gürcüstanlı oyunçu yaxın günlərdə əməliyyat olunacaq. Onun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Xatırladaq ki, X.Kvaratsxeliya İspaniya təmsilçisi “Barselona”nı məğlub etdikləri (4:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda zədələnib.