“Kızılcık şerbeti”nin “Mustafa”sı yeni serialda

kizilcik-serbetinin-mustafasi-yeni-serialda
Oxunma sayı: 469

Türkiyəli aktyor Emrah Altıntoprakın yeni layihəsi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birsen Altuntaş məlumat yayıb.

Bildirilib ki, aktyor “Aşk ve Taht” serialının heyətinə qatılıb.

O ekran işində “Emir Karaarslan” obrazını canlandıracaq.

Qeyd edək ki, aktyor daha öncə “Kızılcık şerbeti” serialında “Mustafa” obrazını ifa edirdi.