İzmirdə toy şənliyi qanla bitdi - 14 yaşlı uşaq öldü

izmirde-toy-senliyi-qanla-bitdi
Oxunma sayı: 506

Türkiyədə toydan öncə təşkil edilən şənlik mahnı seçiminə görə dava başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Haber” portalı məlumat yayıb.

Məlumata görə, hadisə İzmir şəhərində baş verib. Məclis iştirakçıları arasında hansı mahnının oxunması üstündə mübahisə düşüb. Münaqişə böyüdükdən sonra qonaqlardan biri ov tüfəngi ilə ətrafa atəş açmağa başlayıb.

Gülləbaran nəticəsində 5 nəfər yaralanıb. Yaralılar arasında olan 14 yaşlı məktəblinin həyatını xilas etmək mümkün olmayıb. Digər ağır yaralanan 45 yaşlı qadının isə atəş açan şəxsin həyat yoldaşı olduğu bəlli olub. O, klinikaya yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisədən sonra qaçıb gizlənən şübhəli şəxs polisin keçirdiyi əməliyyat nəticəsində kənd ərazisində yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.