“İstəyirəm ki, Elvin “Qarabağ”da qalsın” - Video

isteyirem-ki-elvin-qarabagda-qalsin
Oxunma sayı: 969

“Qarabağ” tarixindəki ən güclü büdcəni vermişik. Klub bu il tarixinin ən güclü dövründədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib:

O bildirib ki, 1-2 transfer daha gözlənilir. Bu, klubun çalışdırıcısı Qurban Qurbanovun istəyinə bağlıdır:

“Bəzən həyat lazım olan şeyləri etməyə adamı vadar buraxır. Bizə bəlkə də bu lazım idi ki, radikal hərəkət edək. Ötən mövsüm qalib olsaydıq, bəlkə bizdə bu cəsarət olmayacaqdı. “Qarabağ” o vəziyyətdən məncə daha güclü çıxdı”.

Tahir Gözəl Elvin Cəfərquliyevin bügünkü matçda aylar sonra meydana çıxmasını da belə şərh edib:

“Onda böyük talant görürəm və istəyirəm ki, “Qarabağ”da qalsın. Baxaq. Həmişə qərar verən hoca (red.- Qurban Qurbanov) olacaq”.