İstanbulun Bayrampaşa bölgəsində fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbdə azyaşlı uşaqların şiddətə məruz qaldığı bildirilir.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə ötən həftə baş versə də, görüntülər yeni yayılıb.
Videolardan məktəbin adı açıqlanmayan 60 yaşlı qadın əməkdaşının uşaqlara çubuqla zərbələr vurduğunu görmək mümkündür.
Həmçinin qadının Azərbaycan dilində danışması diqqət çəkib.
Görüntülərin yayılmasından sonra həmin əməkdaş saxlanılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər