İstanbul metrosunda qəza - Qatar relsdən çıxdı, yaralılar var-Video

istanbul-metrosunda-qeza
Oxunma sayı: 770

İstanbulun M4 Kadıköy-Sabiha Gökçen Hava Limanı xəttində hərəkət edən metronun Bostançı stansiyası yaxınlığında relsdən çıxıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Məlumata görə, qəzaya metronun xətt dəyişdirmə sistemində yaranan nasazlıq səbəb olub.
Hadisə zamanı vaqonlardan öz imkanları ilə çıxan sərnişinlər bir müddət tunellə piyada hərəkət etmək məcburiyyətində qalıblar. Tuneldən çıxaraq Bostançı körpüsü yaxınlığındakı avtobus dayanacaqlarına yönələn sərnişinlər ərazidə böyük sıxlıq yaradıblar.

Hadisə yerinə dərhal yanğınsöndürənlər, təcili tibbi yardım və metro rəsmiləri cəlb olunub. Xəsarət alan 3 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar ətrafdakı xəstəxanalara çatdırılıblar.