İranda müğənni və komandasına şallaq cəzası - Foto - Video

iranda-mugenni-ve-komandasina-sallaq-cezasi
Oxunma sayı: 993

İranlı müğənni Pərəstu Əhmədi və onun prodüser komandasının səkkiz üzvü 74 şallaq cəzasına məhkum edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. 

Onlara qarşı internetdə “vulqar və əxlaqsız məzmun” dərc etdiklərinə görə “ictimai əxlaqı təhqir etmə” ittihamı irəli sürülüb. Qum Əyalətinin Cinayət Məhkəməsinin məhkəmə sənədlərinə görə, sənətçilərə həmçinin iki il ərzində ölkəni tərk etmək və yaradıcılıqla məşğul olmaq qadağan edilib. 

Buna səbəb 29 yaşlı Əhmədinin 2024-cü ilin dekabrında “YouTube”da canlı yayımda baş örtüyü olmadan mahnılar ifa etdiyi “Karvansara” adlı virtual konsertidir. Belə ki, həmin çıxış viral olub və milyonlarla baxış toplayıb.

Videonun dərc edilməsindən sonra müğənni və bir neçə musiqiçi qısa müddətə saxlanılıb, daha sonra isə onlara qarşı rəsmi cinayət iş açılıb. 

Yerli hüquq müdafiəçiləri isə hökmü nümayişkaranə cəza tədbiri adlandırıblar.