İran Hörmüzü bağladı

iran-hormuzu-bagladi
Oxunma sayı: 1569

İran Hörmüz boğazının bağlandığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mehr” İslam Respublikası Silahlı Qüvvələrinin “Xatəm al-Ənbiya Mərkəzi Qərargahına istinadən məlumat yayıb.

“İran İsrailin Livana qarşı davam edən təcavüzü səbəbindən Hörmüz boğazını bağlayır. Təcavüz davam edərsə, düşməni öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün əlavə addımlar planlaşdırılacaq və atılacaq”, - qərargah vurğulayıb.