İran ABŞ-ni təhdid etdi

iran-abs-ni-tehdid-etdi
Oxunma sayı: 431

“ABŞ ilə əlaqəli yeni hədəflər müəyyən edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Tasnim”ə adı açıqlanmayan hərbi mənbə bildirib.

Mənbə İranın ABŞ ilə əlaqəli yeni hədəflər müəyyən etdiyi və mümkün hərbi hücum halında həmin obyektlərin vurulacağını bildirib.

Bildirilib ki, ölkə ABŞ-dən gələcək istənilən təhlükəyə qarşı hazırlıqlıdır.

Açıqlamada qeyd olunub ki, İran ordusu və digər təhlükəsizlik strukturları yüksək hazırlıq vəziyyətində saxlanılır.