Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkisində səslərin 56.7 faizi ilə liderlik edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Civic News” internet resursu “Exit-poll” nəticələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası isə 17.5 faiz səs toplayır.
***
Ermənistan Mərkəzi Seçki Komissiyasının 110 seçki məntəqəsindən aldığı məlumatlara görə, Paşinyanın partiyası səslərin 57,14%-ni toplayaraq liderlik edir.
“Vətəndaş Müqaviləsi” Partiyası (Nikol Paşinyan) – 11 min 73 səs (57.14 %)
“Güclü Ermənistan” Bloku – 4.152 səs (21.43 %)
“Ermənistan” Bloku (Robert Koçaryan) – 1.590 səs (8.21 %)
“Çiçəklənən Ermənistan” Partiyası (Qagik Tsarukyan) – 988 səs (5.1 %)
“Birliyin Qanadları” Partiyası – 488 səs (2.52 %)
“Demokratiya, Qanun, İntizam” Partiyası – 231 səs (1.19 %)
Seçkidə iştirak edən digər kiçik siyasi qüvvələr, o cümlədən “Hamıya Qarşı” Demokratik Partiyası (0.86%), “Respublika” Partiyası (0.49%), “Maarifçi Ermənistan” Partiyası (0.45%) və Erməni Milli Konqresi (0.15%) hələlik 1 faizlik səs baryerini belə keçə bilməyiblər.
Son xəbərlər
Son Xəbərlər