Hörmüz boğazı bağlandı - İki gəmi vuruldu

hormuz-bogazi-baglandi
Oxunma sayı: 416

İran Hörmüz boğazını bütün növ gəmilər üçün bağlayıb.

“Qafqazinfo” xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin əməliyyatlara rəhbərlik edən “Xatəm əl-Ənbiya” Qərargahı açıqlayıb.

Qərargahın yaydığı bəyanatda bildirilib ki, təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən Hörmüz boğazı bundan sonra neft tankerləri və kommersiya gəmiləri də daxil olmaqla, bütün növ gəmilər üçün qapadılır: “Bölgədəki təhlükəsizlik vəziyyəti səbəbindən Hörmüz boğazı bütün gəmilər üçün bağlıdır və keçid cəhdlərinin qarşısı alınacaq”.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) da bölgədə hərəkət edən və “qanunsuz keçid” etdiyi bildirilən iki gəminin vurulduğunu açıqlayıb.