“Hidayət hər iki halda cəzalanıb” - Video

hidayet-her-iki-halda-cezalanib
Oxunma sayı: 576

“Bizim üçün nizam-intizam önəmli məsələdir. Bu təkcə idmançılara yox, federasiyada çalışan hər kəsə aiddir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib. 

O, Hidayət Heydərovun iki dəfə çəkisini tənzimləyə bilməyərək yarışlardan kənarda qalması ilə bağlı danışıb: “Hidayət iki dəfə çəkisini tənzimləyə bilmədi. O, hər iki halda cəzalanıb. Amma biz bunun səbəblərini araşdırmışıq. Bilirik ki, nədir və bu barədə danışmaq istəmirəm. Onun ikinci dəfə olimpiya çempionu, dünya çempionu olmaq potensialı var”.

R.Rəsullu olimpiya çempionunun “Instagram” hesabında etdiyi qalmaqallı paylaşıma da münasibət bildirib: “Bu paylaşımı etməməli idi. Amma bəzən ona təhqirlər yazırlar. İnsandır və o da belə cavab verir. Hidayətdən daha peşəkar olmağı tələb edəcəyik”.

Qeyd edək ki, H.Heydərov bir ay öncə çəki probleminə görə tənqidlərə məruz qaldığı üçün paylaşım etmişdi. O, fəxri kürsüdəki fotosunu “Bezdirmisiniz... Yenə kürsüdəyəm, sizi çox-çox sevirəm” qeydi ilə paylaşmışdı.