“Game of Thrones” serialında “The Mountain” obrazı ilə tanınan Tor Byornsson və həyat yoldaşı Kelsey Henson arasındakı boy fərqi yenidən sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2 metrdən artıq boyu olan Byornsson və 1,57 metr boyu olan Hensonun birlikdə çəkilmiş fotoları bəzi istifadəçilər tərəfindən süni intellektlə hazırlanıbmış kimi düşünülüb.
Lakin sonradan onların real olduğu məlum olub.
Qeyd edək ki, 2017-ci ildə tanış olan cütlük 2018-ci ildə evlənib.




Son xəbərlər
Son Xəbərlər