UEFA Konfrans Liqasında I təsnifat mərhələsində bu gün təmsilçimiz “Zirə” Gürcüstanda meydana çıxıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Kutaisi “Torpedo”sunun qonağı olub. Qarşılaşma “qartallar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, oyundan sonra Rəşad Sadıqov oyun haqda fikirlərini bildirib:
“İlk dəqiqələrdən rəqibin fərqli taktika ilə oynaması bizə bir az çətinlik yaşatdı. Lakin futbolçularım yaxşı reaksiya göstərdilər. İlk hissədə vacib 2 qol vurduq. Klub rəhbərliyini və azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Püşkdən əvvəl “Torpedo” klubu ilə qarşılaşmaq istəmirdik. Tarixi ənənələri var və Gürcüstan çempionatında yaxşı çıxış edirlər. Avrokubok təcrübələri də mövcud idi. Hər şey bizim üçün uğurlu alındı və mərhələ adlaya bildik”.
Son xəbərlər
Son Xəbərlər